General-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunları Komandanı vəzifəsinə təyin edilib.
Ednews-un əldə etdiyi məlumata görə, Hikmət Mirzəyev bu vəzifədə general-leytenant Ənvər Əfəndiyevi əvəz edib.
Ənvər Əfəndiyev isə ehtiyata buraxılıb.
Qeyd edək ki, Hikmət Mirzəyev 44 günlük Vətən müharibəsində Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarına rəhbərlik edib. O, Vətən Müharibəsi Qəhrəmanıdır.