Yeni Zelandiyanın keçmiş Baş naziri Yasinda Ardernin nigah mərasimi olub.
Ednews xəbər verir ki, daha əvvəl nigahı COVID19 pandemiyası səbəbiylə təxirə salınmış keçmiş Baş nazir xanım Ardern özəl mərasimdə uzun müddətdir partnyoru Klark Geyford ilə evlənib.
Mərasimin Yeni Zelandiyanın paytaxtı Vellinqtondan 325 kilometr (200 mil) uzaqlıqdakı mənzərəli Hauke's Bay bölgəsindəki lüks bir üzüm bağında keçirildiyi bildirilir.
Nigah mərasiminə onun ailəsi, yaxın dostları və 43 yaşlı Ardernin keçmiş deputat həmkarlarından bir neçəsi, o cümlədən keçmiş baş nazir Kris Hipkins dəvət edilib.