Seçki prosesi ilə bağlı bütün məntəqələrdə vebkameralar quraşdırılıb.
Ednews xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini komissiyanın yanvarın 13-də keçirilən iclasında deyib.
R.Qasımovun sözlərinə görə, MSK çalışır ki, veb-kameraların quraşdırılmasına bütün ölkə coğrafiyası cəlb edilsin:
“Hər seçkidən əvvəl məlumatlılıq məqsədilə seçki qərargahı yaradılır. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar yaradılan müstəqil media mərkəzi sabahdan fəaliyyətə başlayacaq.
Biz buraya peşəkar media nümayəndələrini cəlb etmişik”.