Qəbələnin Mamaylı kənd sakini 22 yaşlı Fərid Mirzəliyev səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Ailəsinin müraciətindən sonra gənclə bağlı Daxili İşlər Nazirliyi axtarışlara başlayıb.
Qeyd edilib ki, gəncin axtarışları davam edir.