Yanvar 18-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Baş prokurorluğun Mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, hadisə zamanı fəhlə dünyasını dəyişib.
Sumqayıt şəhər prokurorluğu ölüm faktı ilə bağlı araşdırma aparır.