Bakıda yaşayış binasında yanğın olub.
Ednews FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd elektrik sayğacı, giriş-çıxış kabelləri 1 p.m və 1 ədəd internet paylayıcı aparat qismən yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.