Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə - MƏHKƏMƏ PROSESİ

Cəmiyyət 15:26 23.01.2024

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunaraq tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ednews  apa.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində dindirilən “N” saylı hərbi hissəsinin maliyyə xidmətinin rəisi Musa Məmmədov deyib ki, onun tərəfindən maliyyə yoxlamaları zamanı 455 min manat ziyan vurulması müəyyən edilib. 

O bildirib ki, hərbi hissəyə ayrılan pullar nağdlaşdırılıb və korpusun maliyyə xidmətinin rəisi olmuş Rasim İbrahimova məruzə edilib. Rasim İbrahimov və Emin Poladov onun xidmət etdiyi hərbi hissədə təftiş aparıblar. Şahid deyib ki, hərbi hissəyə ayrılan vəsaitdən mənimsənilən pulun 60 faizini onlara verib, qalan 40 faizini isə özünə götürüb.
M.Məmmədov bildirib ki, onun tərəfindən mənimsənilən vəsaitin 265 min manatını ödəyib, qalan vəsaiti də hissə-hissəyə ödəyəcək.

Təqsirləndirilən Cəlal Kazımov deyib ki, şahid M.Məmmədov tərəfindən xidmət etdiyi hərbi hissədə başqa bir hərbi hissədə xidmət edən guya Füzuli Ələkbərov adlı şəxsin adına 17 500 manat köçürüb. Onun sözlərinə görə, bu, istintaq sənədlərində müəyyən edilib.

Şahid isə bunun düzgün olmadığını, Füzuli Ələkbərovun kartına vəsait köçürmədiyini deyib. Suallara cavab verən şahid deyib ki, real olmayan şəxslərin adına kartlar açıblar və pulları həmin formada mənimsəyiblər.

Təqsirləndirilən Cəlal Kazımov isə deyib ki, əvvəlki iclaslarda da mövcud olmayan şəxslərin adına kartlar açılması, pulların həmin kartlara əməkhaqqı adı altında köçürülməsi barədə iddialar səsləndirilib:

“Burada hamı nağıl danışır, belə kart açdıq, pulları belə köçürdük. Bunun mümkün olmadığı məlumdur. Bir neçə maliyyə xidmətlərinin rəisi var ki, onlar şəxsi adlara pul köçürüblər. Amma həmin pulları niyə köçürüblər? Bu, bəlli deyil. Bunları da istintaqda demişəm”.

Digər şahid Yaşar Rzayev də hərbi hissədə maliyyə xidmətinin rəisi olub. O, xidmət dövründə maliyyə pozuntusuna yol verildiyini bildirib. Qeyd edib ki, hərbi hissələrdən birində aparılan yoxlamadan ona 280 min 685 manat əlavə pul qalıb:

“Həmin pulu da özümə götürmüşəm. Bir səhvdir etmişəm. Bununla bağlı təftişə gələnlər olub. Onlara həmin puldan vermişəm. Ümumilikdə hərbi hissədə 4 dəfə yoxlama aparılıb”.

Y.Rzayev deyib ki, təftişə gələnlərdən birinə rəhbərliyi Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi olmuş Rəfael Xələfov edib:

“Həmin vaxt Rafael Xələfova 164 min manat vermişəm. Ümumilikdə 4 il ərzində 963 min manat təftişçilərə vermişəm”.

Y.Rzayev bildirib ki, 2019-cu ildə Büdcə və Maliyyə İdarəsində planlaşdırma şöbəsinin rəisi təyin olunub. Onun sözlərinə görə, onların işi şəxsi heyətin iş planını müəyyən etməkdən ibarət olub.

Təqsirləndirilən Nizami Məmmədov deyib ki, şahid Yaşar Rzayev onun kadrı olub:

“Yaşar Rzayevi mən hərbi hissəyə maliyyə xidmətinə rəis göndərmişəm. Bir neçə ildən sonra dedi ki, rəis, təqaüdə çıxacağam, məni yüksək vəzifəyə gətir, təqaüdə çıxanda pensiyam yüksək olsun. Onu idarədə planlaşdırma şöbəsinə gətirdim. 2017-ci ildə Rafael Xələfov yoxlama aparıb. Bu da mənə bir söz deməyib. Belə çıxır ki, Rafael Xələfovla birləşib iş görüblər. Rafael Xələfov bu işçini çox tərifləyirdi, deyirdi ki, yaxşı işçidir, qabağa çəkmək lazımdır. Rafael Xələfov bildirirdi ki, belə işçiləri qabağa çəkmək lazımdır, qoy yaxşı işçilərlə bağlı and içməyə yerimiz olsun. Amma indi məlum olur ki, Rafaellə əlbir olub, iş görüblər. Dəfələrlə qəbulumda olub. Amma mənə bir dəfə  Rafaelin qanunsuz iş görməsini deməyib. Desəydi, tədbir görərdim”.

Şahid deyib ki, Rafael Xələfovla heç bir işbirliyi olmayıb.

Digər şahid Əli Qədirli isə deyib ki, maliyyə yoxlamaları zamanı onun tərəfindən dövlətə 400 min manat ziyan vurulması müəyyən edilib. O, 2019-cu ildə maliyyə xidmətinə rəis təyin olunduğunu bildirib:

“Məndən əvvəl də belə olub. Pullar hesaba köçürüləndən sonra məbləğlərin şişirdilməsi nəticəsində bir qismi mənimsənilib. 2019-cu ildə həmin vəzifəyə gələndə vəziyyəti belə görmüşəm”.

Şahid qeyd edib ki, iki dəfə yoxlamanı təqsirləndirilən Bayram Bayramov aparıb:

“Üçüncü dəfə isə yoxlamaya Rafael Xələfov 4 nəfərlə gəlmişdi. Yoxlamalar zamanı bilinməyən məbləğlərin olması müəyyən edildi. Həmin vəsaitin də 50 faizini Rafael Xələfov götürdü”.

Əli Qədirli ifadəsində dövlətə onun tərəfindən dəymiş ziyanın 50 min manatını ödədiyini deyib. Bildirib ki, qalan məbləği də yaxın zamanlarda ödəyəcək.

Bundan sonra ifadə verən şahid Samir Həmidov deyib ki, şərti olaraq 26 nəfərin adına əməkhaqqı kartı açıblar:

“Həmin şəxslərin ad və soyadları mənim tərəfimdən şərti adlar altında yazılıb. Həmin adları banka təqdim etməklə əməkhaqqı kartı açılıb. Pullar da həmin kartlara köçürülüb. Bundan sonra tərəfimizdən həmin pullar nağdlaşdırılaraq götürülüb”.

Şahidin ifadəsi ilə bağlı arayış verən Nizami Məmmədov deyib ki, mövcud olmayan şəxslərin adına bankda əməkhaqqı kartı açmaq mümkün deyil:

“Bu, uydurmadır. Şəxsi heyətlə bağlı hərbi hissə komandiri tərəfindən banka siyahı təqdim olunub. Şəxsiyyət vəsiqəsini təqdim etməklə şəxsi heyət üzvlərinə əməkhaqqı kartı açılıb”.

Bu məsələ ilə bağlı arayış verən digər təqsirləndirilən Cəlal Kazımov deyib ki, 2013-cü ilə kimi əməkhaqqı kartları hərbi vəzifə kartını banka təqdim etməklə açılıb:

“Amma 2013-cü ildə Zakir Həsənov nazir vəzifəsinə gələndən sonra hərbçilərə əməkhaqqı şəxsiyyət vəsiqəsi əsasında verilməyə başlanıb. Həmin vaxtdan da hərbçilərin əməkhaqqı kartlarının alınması üçün banklara şəxsiyyət vəsiqələri təqdim olunub. O dövrdən banka şəxsiyyət vəsiqəsi təqdim etmədən əməkhaqqı kartı alınması mümkün deyil”.

Şahid qismində daha sonra Sahil Mehdizadə ifadə verib. Sahil Mehdizadənin ilkin ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər yaranıb. Belə ki, o, ifadəsində mənimsəmə kimi qeyd edilən müəyyən miqdarda vəsaitin hərbçilərə ödənildiyini deyib. İstintaqda isə həmin vəsaitin mənimsənildiyi qeyd edilən akta qol çəkərək təsdiq edib.

O, vəkil Rəşad Mirmehdizadənin bunun səbəbi ilə bağlı suallarına cavab verməyib.

Daha sonra digər şahidlər - Fərrux Xəlilov, Yasin Şahverdiyev, Təyyar Fərəcov, Yasin Davudzadə, Nicat Qurbanov, Nicat Yusifov, Taleh Hüseynov və İbadulla Əliyev ifadə veriblər. Onlar da işlədikləri hərbi hissələrdə qanunsuzluqlara yol verdiklərini, dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsinə yol verdiklərini deyiblər.

Onların mənimsədikləri vəsaitlərin bir qismi ödənilib, böyük hissəsi isə hələ də ödənilməyib.

Proses yanvarın 26-da davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı