Beynəlxalq Avrasiya Mətbuat Fondunun müşahidəçi komandası 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsində müşahidə aparıblar.
Ednews xəbər verir ki, məntəqədə şəkil stendinə baxış keçirilib. Dairənin tərkibinə daxil olan 59 seçki məntəqəsində 52 min 553 seçici qeydə alınıb. Bunlardan Ağdərə rayonunda 1 məntəqə, Suqovuşanda 1 məntəqə, Tərtər rayonunda 48 məntəqə, Goranboy rayonunda 4 məntəqə, Naftalan rayonunda 5 məntəqə olaraq qeydə alınıb.
Prezident seçkilərində işğaldan azad edilən Ağdərə və Suqovuşanda da məntəqələr yerləşdirilib. O ərazidə olan seçicilərdə səs vermədə iştirak edəcək.
BAMF müşahidəçiləri daha sonra 96 saylı Goranboy seçki dairəsində müşahidə keçiriblər. Dairə sədri ilə görüş olub və məntəqədə namizədlərin şəkil stendlərinə baxış aparılıb. 59 məntəqə qeydə alınıb, məntəqələrin hamısı Goranboy rayonunda yerləşir. Seçicilərin sayı 49 min 429-dur.
Dairə və məntəqə seçki komissiyalarında fevralın 7-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun olaraq davam etdirilir.
Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib. Prezident seçkilərində iştirak edəcək namizədlərin plakatları, təbliğat-təşviqat işləri, ümumi olaraq əhalinin seçki ərəfəsi aktivliyi ilə bağlı məsələlər də müşahidə edilib.
Qeyd edək ki, BAMF-ın müşahidəyə cəlb etdiyi əməkdaşların heç birinin siyasi mənsubiyyəti yoxdur.
Xatırladaq ki, 2008 və 2013-cü illərdə Seçki koalisayalarının yaradılmasında birbaşa iştirak edən BAMF digər illərdə keçirilən seçkilərdə də aktiv fəaliyyəti ilə seçilib.
Oğuz