Bu günədək 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.
Ednews xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 24-də jurnalistlərə müsahibəsində deyib.
MSK sədri qeyd edib ki, onların 400-ə yaxını beynəlxalq müşahidəçilərdir.
“Artıq veb-kameraların sınağına başlamışıq. Hesab edirəm ki, səsvermə gününədək bu prosesi tam başa çatdıracağıq”, - deyə M.Pənahov əlavə edib.