"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinin halı pisləşdiyi üçün maşinistə daxil olan məlumat əsasında dərhal tədbirlər görülüb.
Bu baarədə Ednews-a “Bakı Metropoliteni”QSC-nin Mətbuat Xidmətindən bildirilib.
Dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb.
Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.
Allah rəhmət eləsin.