Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzləri Bərdədə minadan zərərçəkən Məhərrəmov Mənsur Şahmalı oğlunu ziyarət ediblər.
Ednews-un verdiyi xəbərə görə, görüşdə BAMF prezidenti, ANAMA yanında İctimai Şuranın rəhbəri Umud Mirzəyev, Şuranın sədr müavini Emil Həsənov, Şuranın katibi Hafiz Səfixanov, və Şuranın üzvü, jurnalist Rey Kərimoğlu iştirak ediblər.
Qonaqlar minadan xəsarət alan şəxsin problemləri, həyat şəraiti ilə tanış olublar.
Qeyd edək ki, səfər Umud Mirzəyevin təşəbbüsü ilə baş tutub. U.Mirzəyev minadan zərərçəkən Mənsur Məhərrəmovla 90-cı illərin sonu - 2000-ci illərin əvvələrində BAMF-ın minadan zərərçəkənlərlə bağlı həyata keçirdiyi layihələr zamanı tanış olub. O zaman M.Məhərrəmovun sağalması üçün müxtəlif addımlar atılıb. Onun Bakıda müayinəsi yüksək səviyyədə təşkil edilmişdir. Ancaq onun həyat fəaliyyətini geri qaytarmaq mümkün olmayıb. Bununla belə U.Mirzəyev onunla əlaqələri kəsməyib və mütamadi olaraq həyat şəraiti ilə maraqlanıb.
Xatırladaq ki, M.Məhərrəmovun əsli Ağdam rayonunun Nəmirli kəndindəndir. Kənd ermənilər tərəfindən işğal olduqdan sonra ailə Tərtər rayonunun Qaziyan kəndində məskunlaşıb. O, 1994-cü ildə məskunlaşdığı ərazidə ermənilərin basdırdığı minaya düşərək ağır xəsarət alıb.
Oğuz