Beynəlxalq Avrasiya Mətbuat Fondunun müşahidəçi komandası 84 sayılı Füzuli dairə seçki komissiyasında müşahidə aparıblar.
Ednews xəbər verir ki, ilk olaraq, məntəqədə şəkil stendinə baxış keçirilib. Daha sonra komanda seçki komissiyasının sədri Ramiz Teymurovla görüşüb.
Baxış zamanı müşahidəçi komandası seçki prosesi, prezident seçkilərində iştirak edəcək namizədlərin plakatları, təbliğat-təşviqat işləri, ümumi olaraq əhalinin seçki ərəfəsi aktivliyi ilə bağlı məsələlər də xüsusi müşahidə edilib.
Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib.
Qeyd edək ki, BAMF-ın müşahidəyə cəlb etdiyi əməkdaşların heç birinin siyasi mənsubiyyəti yoxdur.
Xatırladaq ki, 2008 və 2013-cü illərdə Seçki koalisayalarının yaradılmasında birbaşa iştirak edən BAMF digər illərdə keçirilən seçkilərdə də aktiv fəaliyyəti ilə seçilib.
Oğuz