Mətbuat Şurasında özbəkistanlı jurnalist-şairə ilə görüş

Cəmiyyət 10:07 26.01.2024

Azərbaycan Mətbuat Şurasında Özbəkistanın “Şöhrət” ordenli şairə və yazıçısı, ölkədə nəşr olunan “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmlə görüş keçirilib.

Ednews xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid X.Rüstəmin həyat yolunun ayrı-ayrı fraqmentləri barədə məlumat verib. O bildirib ki, 1971-ci ildə Özbəkistanın Nəmənqan şəhərində anadan olmuş X.Rüstəm jurnalist təhsillidir, eyni zamanda, Ali Ədəbiyyat Universitetinin məzunudur. Qələm sahibi müxtəlif illərdə Özbəkistanda “Dan ulduzu” qəzetində çalışıb. 2015-ci ildən isə nüfuzlu “Kitab dünyası” qəzetinə rəhbərlik edir.

R.Məcid çıxışında X.Rüstəmi Azərbaycanla sıx əlaqədə olan jurnalist və yazar kimi xarakterizə edən cəhətlərə də diqqət çəkib. Bu mənada onun 44 günlük müharibə ilə bağlı yazdığı “44 gün” kitabı üzərində dayanıb və nəşrin  Azərbaycanda çapdan çıxdığını bildirib. MŞ sədri, həmçinin, 2020-ci ilin oktyabrında X.Rüstəmin təşəbbüsü ilə dünyanın bir qrup tanınmış şair, yazıçı və ədəbiyyat tənqidçilərinin Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə həmrəylik məktubu ünvanladıqlarını əlamətdar məqam kimi vurğulayıb. R.Məcid şairənin müharibə zamanı qarabağlıların dərdini ifadə edən “Adı Lalə idi o qızın” adlı şeirini yazdığını və bu yaradıcılıq nümunəsinin 2020-ci ilin oktyabrında kitab kimi nəşr olunduğunu dilə gətirib. O, 2021-ci ildə Xasiyət Rüstəmin “Leyli ağaclar” kitabının da azərbaycanca işıq üzü gördüyünü diqqətə çatdırıb.

X.Rüstəmin Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafında müstəsna xidmətlərinin olduğunu deyən R.Məcid onun azərbaycanlı şair və yazıçıların kitablarının özbək türkcəsinə tərcüməsinə böyük əmək sərf etməsindən söz açıb. MŞ sədri özbəkistanlı jurnalist-yazara rəhbəri olduğu qurumun diplomunu təqdim edib.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu X.Rüstəmin türk dünyası həqiqətlərinin təbliğinə müstəsna önəm verən fədakar qələm sahibi kimi xarakterizə edib. O, yazıçı-jurnalistin türk dünyasında ziyalı mühitinin formalaşmasına misilsiz töhfələr verdiyini diqqətə çatdırıb.

Əməkdar jurnalist Zemfira Məhərrəmli X.Rüstəmlə tanışlığının xoş ünsiyyət və gözəl xatirə olduğunu bildirib. O deyib ki, türk dünyasının bir-birinə yaxınlaşdırmaq missiyasını üzərinə götürmüş özbəkistanlı yazar Özbəkistanla Azərbaycan arasındakı ədəbi əlaqələrin möhkəmlənməsinə töhfələr verməkdədir.

MŞ İdarə Heyətinin üzvü, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu X.Rüstəmin yaradıcılığının və fəaliyyətinin türk dünyasının konsolidasiyası baxımından müstəsna anlam daşıdığını vurğulayıb.

Türk Dünyası Yazarlar Birliyinin sədri İntiqam Yaşar çıxışında özbəkistanlı jurnalist-şairənin yaradıcılığının türk dünyasına xidmət ruhunu əks etdirən ayrı-ayrı məqamlarının üzərində dayanıb.

Toplantıda çıxış edənlərdən Respublika Xatirə Kitabı Redaksiyasının və “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədli, Əli Kərim adına Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı, şair İlqar Türkoğlu, “Vision TV” internet televiziyasının rəhbəri Şöhrət Əliyev, şair-jurnalist Gülşən Behbud və başqaları X.Rüstəm yaradıcılığındakı xarakterik məqamlardan söz açıblar.

Sonda çıxış edən Xasiyyət Rüstəm fəaliyyətinə və gördüyü işlərə verdikləri yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib, xoş sözlərin, qədirbilənlik nümunəsi kimi səslənmiş fikirlərin onu daha da ruhlandırdığını vurğulayıb. O, çıxışında, habelə, Azərbaycanı və Özbəkistanı bütövlükdə türk dünyasının birləşməsi baxımından müstəsna düşüncə mərkəzləri kimi dəyərləndirib, müəllifi olduğu şeiri səsləndirib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11:23 07.07.2025
Lyayenin impiçment səsverməsi keçiriləcək
11:18 07.07.2025
Ötən həftə 2 min hektardan çox ərazi minalardan təmizlənib
11:03 07.07.2025
"Qarabağ" yoldaşlıq görüşündə "Metallist"lə üz-üzə gələcək
10:51 07.07.2025
Moskva istiqamətində Ukraynanın 8 PUA-sı zərərsizləşdirildi
10:13 07.07.2025
Bakı Beynəlxalq Dəniz Limanına yeni baş direktor təyin olundu
09:58 07.07.2025
Netanyahu ABŞ-nin hərbi bazasına gedib
09:43 07.07.2025
İraqın şimalında şəhid olan türk hərbçilərinin sayı 8-ə çatıb
09:26 07.07.2025
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb
08:59 07.07.2025
Tayvanda qasırğa baş verib
08:26 07.07.2025
MKİ-nin sabiq baş direktoru yalan ifadə verməkdə günahlandırılır
07:54 07.07.2025
Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək
07:22 07.07.2025
Keçmiş indi isə xərçəngə çarə ola bilər
06:52 07.07.2025
Yayda bunlardan uzaq durun
06:24 07.07.2025
Selfi çəkəndə nələri səhv edirik?
05:50 07.07.2025
"Qərbin qloballaşma modeli artıq keçmişdə qalıb"
05:20 07.07.2025
Gündə bir qaşıq zeytun yağı sizi xərçəngdən qoruyur
04:45 07.07.2025
"Microsoft"-un Pakistandakı ofisi bağlanır
04:15 07.07.2025
"Tramp istəsə, Xameneini də öldürərəm"
03:45 07.07.2025
İsrail "Hizbullah"a od püskürür
03:15 07.07.2025
Gürcüstan hökuməti şantaj olunur
02:46 07.07.2025
Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
Hamısı