Şəhid Hacıəli Qasımov dəfn olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, ötən il ordumuz tərəfindən aparılan Antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət koma vəziyyətinə düşərək şəhidlik zirvəsinə ucalan Hacıəli Qasımov dəfn olunub.
Mərasimdə şəhidin yaxınları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Allah rəhmət eləsin!