Texniki baxışla bağlı YENİLİK: Fevralın 1-dən…

Cəmiyyət 09:10 29.01.2024

Fevralın 1-dən nəqliyyat vasitələrinin dövlət texniki baxışının keçirilməsinin məqsədlərindən biri də utilizasiya haqqının ödənilməsi barədə sənədin olmasına nəzarəti təmin etmək olacaq. 

Ednews  xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da etdiyi dəyişiklikdə əksini tapıb. 

Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı utilizasiya haqqının yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməsi də təmin olunmalıdır. 

Qeyd edək ki, “Tullantılar haqqında” qanuna əsasən, utilizasiya haqqı iki halda alınacaq. Fevralın 1-dən gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınacaq. Eyni zamanda mütəmadi olaraq dövlət texniki baxışı üzrə utilizasiya haqqı ödəniləcək. 

Başqa sözlə, qanuna əsasən, avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə dövlət texniki baxışından keçməlidir və bu zaman hər dəfə utilizasiya haqqının ödənilməsi də tələb olunacaq. 

Prezident İlham Əliyevin 22 avqust 2023-cü il tarixli sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Müdafiə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla utilizasiya haqqının məbləğini, güzəşt məbləğini və birdəfəlik ödənişin həcmi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməli idi. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 27 yanvar tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılıb.
Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu sərəncam da 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Yaponiyada güclü zəlzələ baş verib
09:32 05.07.2025
Britaniyada COVID-19-un yeni ştamı yayılıb
09:01 05.07.2025
Danimarka ordunun müşahidə imkanlarını gücləndirməyə 530 milyon dollar ayırır
08:39 05.07.2025
ABŞ "TikTok"un Çindən alınmaq üçün müqavilə hazırlayıb
08:07 05.07.2025
Makqreqor Ağ Evdəki UFC döyüşündə iştirak etmək istəyir
07:34 05.07.2025
Klublararası dünya çempionatının 1/4 final matçları məlum oldu
07:07 05.07.2025
İşə düzəlmək istədi,5000 manatı oğrulandı
06:34 05.07.2025
Brüs Li muzeyi qapılarını bağlanır
06:07 05.07.2025
Qulaqcıq taxanlar bunu oxumalıdır
05:34 05.07.2025
Neyron şəbəkələr KİV-lərin trafikinin azalmasına səbəb olur
05:02 05.07.2025
Neandertallar niyə "yağ fabriki" qurmuşdular?
04:27 05.07.2025
Keti Perri və Orlando Blum rəsmi olaraq ayrıldı
03:55 05.07.2025
Partey Cinsi təcavüzdə ittiham olunur
03:24 05.07.2025
Almaniyada könüllü hərbi xidmət tətbiq ediləcək
02:51 05.07.2025
400-dən çox delfin özünü sahilə atıb
02:10 05.07.2025
Qlobal istiləşmə dünyada süd istehsalını kəskin azalda bilər
01:48 05.07.2025
2 milyard dollarlıq "Bitcoin" oğrulandı
01:17 05.07.2025
Avstraliyada kişi son dərəcə nadir virusdan öldü
00:46 05.07.2025
UEFA Çelsini cərimələdi
00:31 05.07.2025
Xeops piramidasını kimlərin tikdiyi məlum oldu - Piramidaları qullar tikməyib
00:16 05.07.2025
Bu gün Aşuradır
00:01 05.07.2025
CAR-da güclü partlayış qeydə alınıb
23:36 04.07.2025
ABŞ-də daşqınlar nəticəsində 13 nəfər ölüb
23:01 04.07.2025
"İran-İsrail münaqişəsi təkrarlanmamalıdır"
22:31 04.07.2025
Ruzanna Məmmədova Avropa çempionu olub
22:16 04.07.2025
Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib
22:11 04.07.2025
Ruanda Demokratik Konqoya inanmır
21:58 04.07.2025
İran İsrailin Vetsman xərçəng tədqiqat laboratoriyasını məhv edib
21:33 04.07.2025
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
21:09 04.07.2025
"Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik"
20:44 04.07.2025
"Rusiya sülhə hazır deyil"
20:29 04.07.2025
"Biliklərin qiymətləndirilməsi olduqca mürəkkəb sahədir"
20:05 04.07.2025
İrəvanda Samvel Karapetyana dəstək aksiyası başlayıb
19:53 04.07.2025
Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
19:38 04.07.2025
Ermənistan Rusiyaya nota verdi
19:28 04.07.2025
Tramp Makron və Meloni ilə telefonla danışıb
19:18 04.07.2025
"Müharibə İranın nüvə problemini həll etməyəcək"
19:03 04.07.2025
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:48 04.07.2025
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşdü
18:32 04.07.2025
Şəmkirdə 3 uşaq çayda batıb
18:17 04.07.2025
Hamısı