Bakıdan Sumqayıta hərəkət edən sürətli sərnişin qatarında gecikmə qeydə alındığı barədə xəbər vermişdik. Bu barədə sərnişinlərdən biri məlumat verib. Dediyinə görə qatar Biləcəri yaxınlığında yolda dayanıb. Qatarın hansı səbəbdən dayandığı sərnişinlərə elan edilməyib vənəticədə 20 dəqiqədən çox gecikmə olub.
Məsələ ilə bağlı "Azəbaycan Dəmir Yolları" QSC-nin rəsmisi Sənubər Nəzərova Ednews-a açıqlamasında Bakı Sumqayıt qatarında gecikmənin olmadığını bildirib:
“Qatarın 20 dəqiqə gecikməsi xəbəri yalandır. Qatar 4 dəqiqə dayanıb və sonra yoluna davam edib”, - deyə o, əlavə edib.