Əlahiddə Ümumqoşun Orduda müşavirə keçirilib

Cəmiyyət 18:36 29.01.2024

2023-cü tədris ilini uğurla başa vuran Əlahiddə Ümumqoşun Orduda 2024-cü yeni tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib.

Bu barədə Ednews-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Komandir heyətinin bilik və bacarıqlarının, nəzəri və praktiki vərdişlərinin təkmilləşdirildiyi toplantılara müxtəlif ixtisaslı və kateqoriyalı komandirlərlə yanaşı komandir müavinləri də cəlb edilib. Toplantı iştirakçılarından ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar qəbul edilib.

Toplantılar başa çatdıqdan sonra 2023-cü tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib. Müşavirədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev müşavirədə çıxış edərək bildirib ki, yola saldığımız 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi, eləcə də Ordumuzun sentyabr ayında keçirdiyi uğurlu lokal antiterror əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımızın tam azad olunması Zəfər salnaməmizə qızıl hərflərlə yazıldı.

Qeyd olunub ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır, Naxçıvanın etibarlı müdafiəsinin təmin edilməsi üçün mühüm addımlar atılır. Dövlət başçımızın göstərişi ilə Əlahiddə Ümumqoşun Ordu ən müasir silah və texnikalarla təchiz edilib, şəxsi heyətin sosial-məişət şəraiti ən müasir standartlar səviyyəsinə yüksəldilib.

Müşavirədə ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş etdirilib.

Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini - qərargah rəisi, general-leytenant Fazil Ağalarovun “2023-cü tədris ilində Əlahiddə Ümumqoşun Ordunun hazırlığının yekunları haqqında” məruzəsi dinlənilib.

General-leytenant Fazil Ağalarov bildirib ki, birləşmə və hissələrin hazırlığının gedişində əsas diqqət onların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasına, qısa zamanda döyüşə hazırolma dərəcələrinə gətirilməsinə və döyüş təyinatı üzrə düzgün tətbiq edilməsinə, birinci eşelon birləşmələrinin hazırlığında isə müdafiə zolaqlarında döyüş tapşırıqlarının icrasına, düşmənin ehtimal olunan təxribat xarakterli fəaliyyətlərinin qarşısının alınması və dəf edilməsi üzrə məşqlərin yerinə yetirilməsinə yönəldilib.

Qeyd olunub ki, ötən il ərzində Əlahiddə Ümumqoşun Orduda müxtəlif komanda-qərargah təlimləri, həmçinin qərargah və idarətemə məntəqələrinin açılması üzrə məşqlər keçirilib. Təlim və məşqlərin gedişində komandir və qərargah zabitləri ilə müasir ümumqoşun döyüşünün təşkil edilməsi, mürəkkəb relyefli ərazilərdə döyüşün aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması və idarəetmə orqanlarının uzlaşmış fəaliyyəti üzrə suallar məşq etidirilib, eyni zamanda bölük-tabor-briqada-ordu qərargahları arasında radiorabitənin yaradılması təmin olunub.

Bildirilib ki, il ərzində ixtisas hazırlığı və zabit təkmilləşdirmə kursları uğurla təşkil olunaraq keçirilib. Şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılıb. Planlaşdırılmış idman tədbirləri il ərzində tam şəkildə yerinə yetirilib. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və hərbi intizamın yüksəldilməsi üçün birləşmə və hissələrdə müntəzəm olaraq tədbirlərin keçirilməsi davam etdirilib.

Hərbi qulluqçularımızın beynəlxalq təlimlərdə iştirakından danışan general-leytenant Fazil Ağalarov bildirib ki, Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanan ikitərəfli müqavilələrə əsasən Türkiyə Respublikasında ötən ilin yanvar və fevral aylarında “Qış təlimi-2023”, aprel və may aylarında “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimləri uğurla icra edilib.

Əlahiddə Ümumqoşun Ordu komandanının müavinləri və ordunun idarə rəisləri 2023-cü tədris ilində görülmüş işlər, 2024-cü tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təkliflərlə çıxış ediblər.

General-leytenant Fazil Ağalarov “Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinə hazırlıq planı” haqqında ətraflı məlumat verib.
Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev müşavirənin yekununda Əlahiddə Ümumqoşun Orduda yaradılan nümunəvi xidmət şəraitinə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıq edərək qeyd edib ki, yola saldığımız 2023-cü tədris ilində olduğu kimi, 2024-cü ildə də qarşıda duran bütün vəzifə və tapşırıqları uğurla yerinə yetirəcək, Vətən torpağının müdafiəsində ayıq-sayıq dayanacaq, əsl vətənpərvərlik, Ümummili Lider Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirəcəyik.

Sonda Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunmuş hərbi qulluqçulara orden və meddallar təqdim edilib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı