"Mina sahələrinin xəritələrinin Azərbaycan tərəfinə verilməsi məsələsi müzakirə edilməyib".
Ednews xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən Ermənistan KİV-nə bildiriblər.
“Belə bir məsələ komissiyaların iclasının gündəliyinə daxil edilməyib və müzakirə olunmayıb”, - deyə ofisdən qeyd edilib.
Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın iclası keçirilir. Ermənistanla sərhəddə baş tutan görüşə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan sədrlik edir.