“Mercedes-Benz” və BMW şirkətləri Çində fəaliyyət göstərmək üçün birgə müəssisə yaratmaq icazəsi alıblar.
Ednews gazeta.ru saytına istinadən xəbər verir ki, Çinin bazar tənzimləyicisi müvafiq qərarı təsdiqləyib.
Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının qərarı “Mercedes-Benz (China) Investment Limited” və “BMW Brilliance Automotive Ltd” şirkətlərinə aiddir.