İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananlardan biri xəstəxanada həyatını itirib.
Ednews xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda rəsmi mərasimdə çıxışı zamanı bildirib.
O, ölkəsinin terrorun bütün növlərinə qarşı mübarizəsini davam etdirəcəyini də vurğulayıb.
Xatırladaq ki, İstanbulda məhkəmə binasında silahlı insident olub. Polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib.