Laçın rayonunun Zabux kəndində, 121 saylı Laçın seçki dairəsinin 108 saylı seçki məntəqəsində keçirilən prezident seçkilərində seçici fəallığı müşahidə olunur.
Ednews xəbər verir ki, məntəqə sədri Mübariz Rüstəmov AZƏRTAC-a bildirib ki, bu məntəqədə Zabux sakinləri ilə bərabər, ərazidə tikinti-quruculuq işlərində çalışan vətəndaşlar da səs verirlər. Məntəqə üzrə 1494 seçici qeydiyyata alınıb ki, onlardan da 549 nəfəri Zabux sakinidir.
Zabux sakinlərindən ilk dəfə səsvermə hüququna malik olanların sayı 11 nəfərdir. Ən yaşlı seçicisi isə 1934-cü il təvəllüdlü Qasımova Mahı Astan qızıdır.
Hazırda səsvermə prosesi davam edir.