Azərbaycan Mətbuat Şurasının məlumatı

Cəmiyyət 13:07 08.02.2024

Azərbaycan Mətbuat Şurası bütün seçki proseslərində olduğu kimi, 7 fevral Prezident seçkilərində də medianın fəaliyyətini diqqət mərkəzində saxladı. Qurumun bununla bağlı iş prinsipi əsasən üç istiqaməti əhatə etdi - seçkiqabağı dövrdə media orqanlarının monitorinqi, “qaynar xətt” rejimi və seçki məntəqələrində müşahidə.

Ednews  xəbər verir ki, seçkiqabağı dövrdə Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu ölkənin müntəzəm yayımlanan media vasitələrinin materiallarını nəzərdən keçirdi. Monitorinqin nəticələri onu deməyə əsas verdi ki, Azərbaycan jurnalistikası seçki kampaniyası müddətində ədalətli rəqabət mühitinin formalaşmasına həssas yanaşdı, cəmiyyətin obyektiv informasiya almaq hüququnun gerçəkləşməsini təmin etdi. Habelə, mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmadı.

Seçki günü Mətbuat Şurasında yaradılmış “qaynar xətt” rejimi səsvermə başlayan andan bitənədək jurnalistlərin ixtiyarında oldu. Gün ərzində Şuranın bu rejimdə fəaliyyət göstərən şəhər və mobil telefon nömrələrinə cəmi bir müraciət edildi. Həmin müraciət üzrə müəyyənləşdirildi ki, xarici media vasitəsi ölkəmizdə akkreditasiyadan keçmədiyindən, onun seçkini işıqlandırması qeyri-mümkündür. Bununla əlaqədar müraciət müəllifi məlumatlandırıldı, ona qanunvericiliyin tələbləri izah edildi.

Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və rəsmi şəkildə müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri, eləcə də ayrı-ayrı təmsilçiləri paytaxtdakı və respublikamızın müxtəlif bölgələrindəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaq üçün yaradılmış şəraitin monitorinqini apardılar, media təmsilçiləri ilə fərdi təmaslar qurdular. Həm onların müşahidələrindən, həm də “qaynar xətt” rejiminin yaradılmasından məqsəd seçki günü jurnalistlərin fəaliyyəti baxımından baş verə biləcək anlaşılmaz durumların, mümkün maneələrin qarşısını operativ sürətdə almaq idi.

Hər iki istiqamət üzrə görülmüş işlərin təhlili göstərdi ki, jurnalistlər seçki günü özlərinin peşə vəzifələrini heç bir maneə olmadan, tam sərbəst şəkildə həyata keçirdilər. Əlamətdar məqam ondadır ki, istər Mərkəzi Seçki Komissiyası, istər Medianın İnkişafı Agentliyi, istərsə də ayrı-ayrı dövlət qurumları media fəaliyyətinin müxtəlif təzahür formalarına səlahiyyətlərindən irəli gələn həssas münasibət göstərdilər. Onların operativ yanaşmaları yanlış ictimai rəyin formalaşmasının qarşısının alınması, cəmiyyətin düzgün yönləndirilməsi  baxımından əhəmiyyətli oldu.

Mətbuat Şurası yekunda belə nəticəyə gəlir ki, 7 fevral Prezident seçkiləri həm təbliğat-təşviqat kampaniyası dövründə, həm də seçki günü medianın prosesi işıqlandırması, onun qanunauyğun fəaliyyətinin, bütövlükdə media azadlığının, informasiya əldə etmək hüququnun təminatı baxımından bütün beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçirildi.

Ümumən, seçkilərin informasiya təminatı yüksək səviyyədə reallaşdı. Ən əsası, Azərbaycan mediası prosesin müxtəlif aspektlərinin təqdimatında yüksək peşəkarlıq nümayiş etdirdi. Xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət daşıyan bu missiyanın gerçəkləşməsində əməyi keçənlərin hər birinə, jurnalistlərə təşəkkürümüzü bildirir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ötən həftə 2 min hektardan çox ərazi minalardan təmizlənib
11:03 07.07.2025
"Qarabağ" yoldaşlıq görüşündə "Metallist"lə üz-üzə gələcək
10:51 07.07.2025
Moskva istiqamətində Ukraynanın 8 PUA-sı zərərsizləşdirildi
10:13 07.07.2025
Bakı Beynəlxalq Dəniz Limanına yeni baş direktor təyin olundu
09:58 07.07.2025
Netanyahu ABŞ-nin hərbi bazasına gedib
09:43 07.07.2025
İraqın şimalında şəhid olan türk hərbçilərinin sayı 8-ə çatıb
09:26 07.07.2025
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb
08:59 07.07.2025
Tayvanda qasırğa baş verib
08:26 07.07.2025
MKİ-nin sabiq baş direktoru yalan ifadə verməkdə günahlandırılır
07:54 07.07.2025
Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək
07:22 07.07.2025
Keçmiş indi isə xərçəngə çarə ola bilər
06:52 07.07.2025
Yayda bunlardan uzaq durun
06:24 07.07.2025
Selfi çəkəndə nələri səhv edirik?
05:50 07.07.2025
"Qərbin qloballaşma modeli artıq keçmişdə qalıb"
05:20 07.07.2025
Gündə bir qaşıq zeytun yağı sizi xərçəngdən qoruyur
04:45 07.07.2025
"Microsoft"-un Pakistandakı ofisi bağlanır
04:15 07.07.2025
"Tramp istəsə, Xameneini də öldürərəm"
03:45 07.07.2025
İsrail "Hizbullah"a od püskürür
03:15 07.07.2025
Gürcüstan hökuməti şantaj olunur
02:46 07.07.2025
Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Hamısı