Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin sabiq Baş Direktoru David Çikvaidze Beynəlxalq Avrasiya Mətbuat Fondunun müşahidəçi komandasının seçki günü fəaliyyətlərini yüksək dəyərləndirib.
Ednews xəbər verir ki, D.Çikvadze BAMF-ın prezidenti Umud Mirzəyevə məktub yazaraq öz səmimi fikirlərini ona çatdırıb.
Məktubda deyilir:
“Əziz və hörmətli, Umud Mirzəyev, sizi cənab prezidentin növbədənkənar seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edirəm. Bu qələbədən heç bir şübhəm yox idi. Azərbaycan xalqı çox şanslıdır ki, bu cür güclü lideri var. Sevindirici haldır ki, xalq görkəmli lideri düzgün qiymətləndirərək taleyini ona əmanət etdi. Yaşasın beynəlxalq diplomatiya və dövlət idarəçiliyinin qrossmeysteri!”
Oğuz