Avropa Şurası Azərbaycanın terrorçuluğa qarşı mübarizəsini yüksək QİYMƏTLƏNDİRİB

Cəmiyyət 09:15 16.02.2024

Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə aparır. 

Ednews  xəbər verir ki, bu barədə Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) Azərbaycanın 5-ci raund qarşılıqlı qiymətləndirmə hesabatında bildirilib. 

Hesabatda Avropa Şurasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə mübarizə orqanı MONEYVAL-ın Azərbaycanın Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən müəyyən edilmiş standartlarla uyğunluq səviyyəsinin hərtərəfli qiymətləndirilməsinin nəticələri təqdim olunur. 

Qiymətləndirmə prosesinə 10 dövlət qurumunun, eləcə də özəl sektorun ƏL/TMM sahəsində 2015-2023-cü illəri əhatə edən fəaliyyəti nəzərdən keçirilib. 

MONEYVAL bildirib ki, Azərbaycanı sonuncu dəfə qiymətləndirdiyi 2014-cü ildən bəri ölkə ƏL/TMM üçün hüquqi və institusional bazanı gücləndirmək məqsədilə bir sıra tədbirlər həyata keçirmiş və effektiv mübarizə sistemini tətbiq etməyə başlayıb. Hesabatda ölkənin effektivlik göstəriciləri əsas etibarilə yüksək və uğurlu qiymətləndirilib. 

Qiymətləndirmə hesabatında Azərbaycanda müvafiq qurumların ƏL/TM risklərini yaxşı başa düşdüyü, terrorçuluğun maliyyələşdirilməsinə (TM) qarşı effektiv mübarizə apardığı qeyd olunub, eləcə də beynəlxalq əməkdaşlıq, digər ölkələrin maliyyə monitorinqi və hüquq-mühafizə orqanları ilə operativ məlumat mübadiləsi müsbət qiymətləndirilib. 

Hesabatda həmçinin, hüquq-mühafizə orqanlarının ƏL/TM və əsas hüquqpozmalarla əlaqəli sübutların müəyyən edilməsi və cinayətdən əldə edilən gəlirlərin izlənilməsi üçün istifadə olunan maliyyə kəşfiyyatı və digər məlumat bazalarına çıxışa malik olması müsbət hal kimi dəyərləndirilib.

Bununla belə, ölkədaxili əməkdaşlığın daha da gücləndirilməsi və ümumilikdə ƏL/TMM sisteminin təkmilləşdirilməsi, habelə müasir standartlara çatdırılması istiqamətində addımların atılması tövsiyə olunub. 
5-ci raund qiymətləndirmənin sonrakı prosedurlarına uyğun olaraq, ƏL/TMM sisteminin təkmilləşdirilməsi istiqamətində əldə edilmiş tərəqqi barədə MONEYVAL-a vaxtaşırı hesabat verəcək. 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş Maliyyə Monitorinqi Xidmətinin nizamnaməsinə əsasən ƏL/TMM sahəsində dövlət siyasətinin həyata keçirilməsi, o cümlədən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi funksiyalarını Maliyyə Monitorinqi Xidməti icra edir.

Belə ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Katiblik funksiyalarını Maliyyə Monitorinqi Xidməti tərəfindən həyata keçirilən Koordinasiya Şurası yaradılıb.

Koordinasiya Şurasının MONEYVAL Komitəsinin 5-ci raund qiymətləndirməsinə hazırlığın təmin edilməsi məqsədilə qanunvericilikdə islahatların aparılması və institusional mühitin qiymətləndirilməsi zamanı effektivliyin artırılması üzrə gördüyü tədbirlər sayəsində bu nəticəyə nail olunub. 
Qeyd edək ki, ölkələr üçün yüksək məsuliyyətli proses olan MONEYVAL 5-ci raund qiymətləndirilməsi çərçivəsində qiymətləndirilmiş 29 ölkənin 9-u beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab vermədiyi üçün FATF-ın xüsusi monitorinqi rejiminə cəlb edilib və onlardan 6-sı (Bolqarıstan, Xorvatiya, Cəbəllütariq, Albaniya, Malta, Serbiya) bir il ərzində nöqsanları qaldıra bilmədiyi üçün problemli ölkələrin “boz siyahı”sına daxil edilib.

Belə ki, Azərbaycan müvafiq sahədə düzgün əlaqələndirmə və aparılan islahatlar nəticəsində bu ağır prosesdən uğurla keçərək beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab verən ölkələr sırasındadır. 

Azərbaycanın bu nailiyyəti ölkədə aparılan islahatlar, şəffaf maliyyə sisteminin qurulması, cinayətkarlıq səviyyəsinin minimuma endirilməsi istiqamətində görülən işlərin nəticəsidir. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ötən həftə 2 min hektardan çox ərazi minalardan təmizlənib
11:03 07.07.2025
"Qarabağ" yoldaşlıq görüşündə "Metallist"lə üz-üzə gələcək
10:51 07.07.2025
Moskva istiqamətində Ukraynanın 8 PUA-sı zərərsizləşdirildi
10:13 07.07.2025
Bakı Beynəlxalq Dəniz Limanına yeni baş direktor təyin olundu
09:58 07.07.2025
Netanyahu ABŞ-nin hərbi bazasına gedib
09:43 07.07.2025
İraqın şimalında şəhid olan türk hərbçilərinin sayı 8-ə çatıb
09:26 07.07.2025
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb
08:59 07.07.2025
Tayvanda qasırğa baş verib
08:26 07.07.2025
MKİ-nin sabiq baş direktoru yalan ifadə verməkdə günahlandırılır
07:54 07.07.2025
Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək
07:22 07.07.2025
Keçmiş indi isə xərçəngə çarə ola bilər
06:52 07.07.2025
Yayda bunlardan uzaq durun
06:24 07.07.2025
Selfi çəkəndə nələri səhv edirik?
05:50 07.07.2025
"Qərbin qloballaşma modeli artıq keçmişdə qalıb"
05:20 07.07.2025
Gündə bir qaşıq zeytun yağı sizi xərçəngdən qoruyur
04:45 07.07.2025
"Microsoft"-un Pakistandakı ofisi bağlanır
04:15 07.07.2025
"Tramp istəsə, Xameneini də öldürərəm"
03:45 07.07.2025
İsrail "Hizbullah"a od püskürür
03:15 07.07.2025
Gürcüstan hökuməti şantaj olunur
02:46 07.07.2025
Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Hamısı