Xocalıda ermənilərin yaşadığı evlərin birindən tapılan musiqi albomları diqqət çəkib.
Ednews xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.
Belə ki, Xocalıda sənədli film çəkən AzTV əməkdaşları evlərin birindən azərbaycanlı ifaçılara aid musiqi albomları tapıblar.
İfaçıların içərisində Xalq artistləri Zeynəb Xanlarova, Könül Xasıyeva, Əməkdar artist Aygün Bəylər və digərləri var.