Bir neçə il əvvəl Azərbaycanda da İslam bankçılığının tətbiqi nəzərdə tutulsa da, məsələ öz həllini tapmadı.
İslam bankçılığında kredit müştərilətə faizsiz təklif olunur və götürülən məbləğ müqavilə üzrə banka geri qaytarılır.
Maraqlı məqam isə bu bankçılığın təkcə müsəlman ölkələrində deyil, qabaqcıl inkişaf etmiş Avropa ölkələrində də tədbiq olunmasıdır. Böyük Britaniyada bankçılığın bu növündən geniş istifadə olunur.
Qeyd edək ki, yalnız islam dinində deyil, yəhudi və xristianlıqda da sələmlə pul vermək qadağandır. Çox təəssüf ki, Azərbaycanda bu mövzu dəfələrlə müzakirələ çıxarılsa da, hələ də reallaşmayıb.
Bəzi ekspertlər isə düşünür ki, Azərbaycanda faizlərin yüksək olmasının əsas səbəbi bankların özünə də maliyyələşmənin baha başa gəlməsidir.
Məsələ ilə bağlı Ednews-a danışan İqtisadçı-ekspert Eldəniz Əmirov isə qeyd edib ki, nə bizdə, nə başqa yerlərdə krediti faizsiz əldə etmək mümkün deyil.
“Kredit faizlə hissə-hissə verilən vəsaitdir. Əgər infilyasiya varsa, kredit təşkilatını saxlamaq üçün işçilərə əmək haqqı ödənilirsə, yüzlərlə xərc istiqaməti var. Bunun da üzərinə illik inflyasiyanı gəlsək görərik ki, ümumiyyətlə faizsiz kiməsə pulun verilməsi mümkün deyil. Bu gün verdiyiniz 100 manat bir il sonra dəyərini itirərək 90 manat miqdarında sizə qayıdır. O zaman sizin marağınız burada nədir? Niyə verməlisiniz o pulu? Ona görə də faizsiz hansısa bankın pul verməsi sadəcə bir arzudur”.
İlahiyyatçi Elşad Miri isə fərqli düşünür. Onun sözlərinə görə, sələmlə kiməsə borc vermək İslamda birmənalı şəkildə haramdır.
"Məsələ haqqında müqəddəs kitabımız Qurani- Kərimdə açıq –aşkar qeyd olunub. Quranda sələm, kredit dediyimiz anlayış haram buyrulub. Hətta orada sələmin verilməsi Allaha qarşı üsyan kimi səciyyələndirilib. Ona görə insanlar kreditə girməklə əlbəttə ki, günah qazanır. Bəzən bu bizi elə bir həddə çatdırır ki, biz əlimizdə olmasa da, “qonşudan qalma geri” misalına uyub maşın, ev almaq üçün böyük məbləğli kreditlərin altına giririk. Beləcə borclarımız çoxalır, faizlərimiz isə günü-gündən artır. Faizin çoxluğu borcu ikiqat qiymətə çevirir, bu da bəzi xoşagəlməz hallara, faciəli sonluqlara gətirib çıxarır".
Afaq