İntihar edən insan cəhənnəmə düşür? – İlahiyyatçı AÇIQLAYIR

Cəmiyyət 15:30 01.03.2024

İslam aləmində belə bir inanc var ki, hər kim həyatını intiharla başa vursa, mömin olub-olmamasından asılı olmayaraq, onu əbədi cəhənnəm atəşi gözləyir, çünki o dindən çıxmış, kafir sayılır.

Bəs bu xürafatdır, yoxsa ilahi əmr?

Mövzu ilə bağlı Ednews-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirdi ki, intihar edənin cəhənnəmlik olması haqda peyğəmbərdən hədislər nəql edilib. Allahın yaratdığı canı ancaq Allah ala bilər. Mömin heç zaman intihar etməz. Kimsə intihar edibsə demək imanı zəif olub, ya da axirətə inamı olmayıb:

“Şübhəsiz ki, intiharın növləri var. Əgər çıxılmaz vəziyyətə düşərsə, işgəncə qarşılığında düşmənə sir vermək ehtimalı yaranarsa, əgər intihar etməsə namusuna xələl gətiriləcəyi əminliyi olarsa belə İslam intiharı məqbul saymır və dözməyi, səbri əmr edir. Peyğəmbərin zamanında sinəsinə qaynar qayalar qoyulub səhrada inildəyən müsəlmanların heç biri intihar etməmişdi. Yalnız bir nəfər döyüşdən sonra yaraların acısına dözməyib biləyini yayın ucu ilə kəsib intihar etmişdi. O, şəxs, səhabə, mücahid olsa belə peyğəmbər onun haqqında mənfi fikirlər söyləyib cəhənnəm əhli olduğunu buyurdu. Ələlxüsus da özünü yandıraraq intihar etmək birbaşa Allaha üsyandır, acizlikdir. İslam acizliyi rədd edir, Allaha üsyanı küfr sayır”.

T.İrfan qeyd etdi ki, islama imanı olan şəxs yuxarıda sadalanan durumlardan birinə düşüb özündə olmayıb intihar edərsə, yaxud anlaqsız vəziyyətdə, ruhi - psixoloji gərginlik vəziyyətində bu hal baş verərsə üzrlü sayılar və kafir deyil:

“Sadəcə intihar edənin yasında iştirak etmək, təntənəli hesablar vermək məkruhdur, bəyənilmir. Çünki bu şəkildə ölümü təqdir yox, tənqid və baykot etmək lazımdır.

İntihar edən müsəlman kafir olmur, günahkar, yəni fasiq müsəlman olur. Yox, imanı və İslama etiqadı qeyri-müəyyən olan kəs intihar edirsə, demək Qurana qarşı gəlir, Allahın əmrlərinə qarşı çıxır.

Xalqımız arasında əvvəllər belə hallar olmayıb. Son zamanlar təəssüf ki, intiharlar artıb. Bunun qarşını almaq üçün ictimai qınaq olmalıdır. İnanları özünü öldürməyə həvəsləndirmək yox, bundan iyrəndirmək lazımdır. İntihar edən bir nəfərin meyit namazını heç bir molla qılmasa, ehsanına heç kəs getməsə, baykot olunsa başqa intihar etmək istəyənlər də bu əməldən çəkinər. Yoxsa intihar edəni elə uğurlayıb elə təqdim edirlər ki, adam az qalır özü də intihar edə. Belə olmaz. Dinimiz, əqidəmiz, ənənələrimiz var. Bir də ki, ölkəmizdə intihar ediləcək bir durum yoxdur. Elə çətin yaşamalı ölkələr, elə zülümlü yerlər var ki, oranın əhalisi gərək onda hamısı özünü öldürə. Lakin bir hətta Fələstində, Afrikada, Somalidə belə intihar edənlərin bu qədər olduğunu görmürük”.

Oğuz 

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Hamısı