Xəbər verildiyi kimi, ötən il dekabrın 12-də Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Arzu Rəhimovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Abşeron rayon prokurorluğu yayıb.
İstintaqla 1961-ci il təvəllüdlü Eynulla Quliyevin rayonun Fatmayı kəndi ərazisində tanışı Arzu Rəhimova ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun başını daş parçası ilə vurduqdan sonra əllərilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Eynulla Quliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.