Azərbaycanda keçirilən İslamafobiya Konfransında iştirak edən edən xarici qonaqlardan biri akademik və araşdırmaçı İbrahim Yardem Ednews-a konfransla bağlı fikirlərini bildirərkən Avropada islamafobiyanın özünün ən yüksək səviyyəsinə çatdığını qeyd edib:
“Bu mənim ikinci dəfə konfransa gəlişimdir. İislamafobiya ilə bağlı müzakirələr apardıq və bir çox dövlətlərdən qanaqlar gəlib. ABŞ, Niderland, Kanada, Fransa, İsveç, isveçrə və Yaxın Şərqdən gələn qonaqlarla qarşılaşdım. Bir çox akademiklər və dini nümayəndələr konfransda aktiv iştirak edir.
Toplumu təmsil edən bütün insanların konfransda iştirak etməsi olduqca sevindirici bir haldır.
Görüdüyümüz kimi Avropada irqçilik özünün ən yüksək səviyyəsinə çatıb. Ən pisi isə odur ki, bu insanlar artıq hakimiyyətə gəlib. Eyni zamanda həmin ölkələrdə əhalinin bir hissəsi də islamafobiyanı tənqid edir”.