Azərbaycanda keçirilən İslamafobiya Konfransında iştirak edən xarici qonaqlardan biri də isveçrəli İslma Dünyasının Araşdırması və Sosiologiyası üzərində çalışan Baptista Bğoda idi. İslamafobiya haqqında Ednews-a açıqlama verən isveçrəli qonaq, islamafobiyanın dünyada və xüsusilə də Avropada çox ciddi bir problem olduğunu bildirib:
“Əvvəla Azərbaycana bu tədbiri hazırladıı üçün təşəkkür edirəm. Burada olub, bu mövzular haqqında danışmaq və fikirlərimizi bölüşmək olduqca əhəmiyyətlidir. Hazırda təəssüf ki, Avropada islamafobiya çox geniş yayılıb. Bunun ən əsas səbəbini bəzən müsəlmanların Avropada bəzi azlıqlarına qarşı dözümsüz olurlar. Bu da islamafobiyanya təkan verən amillərdəndir.
Azərbaycan kimi dövlətlərin səyləi nəticəsindən düşünürəm ki, islamafobiyanı məğlub edəcəyik. Müxtəlifliyin qəbul edilməsi sadəcə olaraq bizdən asılıdır”.
Fərid