İsrailli mütəxəssis: “Azərbaycan ilə əməkdaşlıq etmək niyyətindəyik”

Cəmiyyət 10:30 16.03.2024

Ednews “Bakutribune” saytına istinadən  BEER DAVID Yerusəlim Yəhudi Tibb Mərkəzinin təsisçisi və aparıcı mütəxəssisi David Eyxel ilə müsahibəni təqdim edir:

BEER DAVID Yerusəlim Yəhudi Tibb Mərkəzinin mütəxəssisləri, o cümlədən onun təsisçisi David Eyxel və görkəmli mütəxəssisi Yosefa Eyxel 2023-cü ilin noyabr ayında Bakıya gəlib. Onlar yanvar-fevral aylarından indiyədək işlərini davam etdirir və Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların və yeniyetmələrin terapiya və inkişafında nəzərəçarpacaq uğurlar əldə edirlər. Mərkəzin təsisçisi və aparıcı mütəxəssisi David Eyxel müsahibəsində təmsil etdikləri mərkəzin fəaliyyəti, terapiyanın nəticələri barədə ətraflı məlumat verib və digər sualları cavablandırıb.

- Rəhbərlik etdiyiniz BEER DAVID Yerusəlim Yəhudi Tibb Mərkəzi Azərbaycanda fəaliyyətə başlayıb. Ölkəmizdə olduğunuz müddətdə qarşınızda duran vəzifələr barədə danışa bilərsiniz?

- Mərkəzimiz xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək göstərmək və onların həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycanda fəaliyyətə başlayıb. Yanaşmamız təkcə hər bir uşağın mövcud sağlamlıq problemlərinin terapiyasını deyil, həm də onun ümumi inkişafını, təlimini, fərdi istedad və bacarıqlarının aşkara çıxarılmasını əhatə edir. Biz autizm, serebral iflic, motorikanın və əzələ tonusunun pozulması da daxil olmaqla müxtəlif problemlərə uyğunlaşdırılmış unikal metodlardan istifadə edirik. Bu metodlar artıq öz yüksək effektivliyini göstərib, uşaqlara nəinki indiki vəziyyətlərinin öhdəsindən gəlməyə, həm də şəxsi keyfiyyətlərini tam inkişaf etdirməyə imkan verir. Xidmətlərimiz Azərbaycanda marağa səbəb olub və bunun nəticəsidir ki, artıq əməkdaşlıq üçün bir neçə müraciət almışıq.

Uşaqların və yeniyetmələrin reabilitasiyası sahəsində 15 ildən artıq təcrübəyə malik mərkəzimiz innovativ müalicə metodları təklif edir. Bir çoxları müalicədən sonra orta məktəblərə uğurla inteqrasiya edən və peşə kolleclərində təhsillərini davam etdirən pasiyentlərimizin nailiyyətləri ilə fəxr edirik. Bizim yanaşmamız qabaqcıl inkişafetdirici metodiklarla təkmilləşdirilmiş qeyri-ənənəvi terapiyanın istifadəsinə əsaslanır. Yüksəkixtisaslı mütəxəssislərdən ibarət komanda gündəlik olaraq uşaqlarla onların sürətli yetişməsinə yönəlmiş dərslər keçir.

- Nə üçün Azərbaycanda fəaliyyətə başlamaq qərarına gəldiniz?

- Bildiyiniz kimi, ölkələrimiz arasında əlaqələr ildən-ilə yaxşılaşır. İsrailə dost münasibət bəsləyən Azərbaycana İsrail tərəfdən də maraq artır. Bakıda olarkən mərkəzin mütəxəssisləri şəhərin gözəlliyini və yerli əhalinin mehribanlığını xüsusilə qeyd edirlər. Ölkədə qalmaq dünyagörüşünün genişləndirilməsi, yeni yanaşmaların və ideyaların inkişafı baxımdan fürsət kimi qəbul edilir. Eyni zamanda, gələcək planlar və layihələr açıq qalır və hadisələr inkişaf etdikcə müəyyən ediləcək.

- Rəhbərlik etdiyiniz mərkəzin digər tibb müəssisələrindən fərqi nədədir?

- BEER DAVID Mərkəzinin fərqli xüsusiyyəti uşaqların vəziyyətinin ümumi qəbul edilmiş standartlara uyğun olması üçün onların funksiyalarının mümkün dərəcədə maksimum bərpasını ehtiva edən xüsusi missiyasıdır. Biz mərkəzi sinir sisteminin çoxsaylı pozuntularını aradan qaldıra bilən unikal metodlardan istifadə edirik ki, bu da bir çox hallarda tam sağalmaya səbəb olur. Ağır diaqnozlar zamanı tam sağalma mümkün olmaya bilər, lakin hətta bu halda belə biz uşağın inkişafında ciddi irəliləyiş əldə edirik ki, bu da ailənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

- İndiyədək hansı nəticələr əldə etmisiniz?

- Bizim yanaşmamız unikallığı və ən əsası nəticələri ilə fərqlənir. Allahın köməyi ilə əldə etdiyimiz nailiyyətlər, qoyulan vəsaitdən asılı olmayaraq, dünyanın istənilən yerində əlçatmaz hesab olunur.

Bir çox hallarda həqiqi sağalma potensialından danışmaq realdır.

Mərkəzimiz artıq neçə ildir ki, öz terapevtik praktikasının uğurlarını sənədləşdirir. “BEER DAVID Yəhudi Tibb Mərkəzi” (BEER DAVID Центр Еврейской Медицины) adlı “YouTube” kanalımızda çoxsaylı videohesabatlar və valideyn rəyləri ilə tanış olmaq mümkündür. Biz uşaqların terapiyadan əvvəlki, müalicə zamanı və sonrakı vəziyyətini nümayiş etdirən 40-dan çox sənədli film hazırlamışıq. Bu materiallarda autizmdən, autizm spektr pozuntusundan və serebral iflicdən əziyyət çəkən uşaqlar üçün müalicə nəticələri öz əksini tapıb. 

Son zamanlar müxtəlif ölkələrin, o cümlədən Ukrayna, Gürcüstan və İsrailin televiziya kanallarında 50-yə yaxın reportaj yayımlanıb. Fəaliyyətimizin nəticələri barədə çəkiliş aparmaq üçün çəkiliş qrupları qonağımız olub, biz də müxtəlif telekanalların studiyalarına dəvət alırdıq. Bütün videomateriallarla kanalımızda tanış ola bilərsiniz. Telekanallar özləri işimizin nəticələrinin işıqlandırılmasına təşəbbüs göstərir, əldə olunan uğurları tamaşaçılara təqdim etməyə çalışır.

Qeyd edək ki, hər bir hadisənin sənədləşdirilməsi xeyli vaxt tələb edir, ona görə də biz uşaqların qısa müddət ərzində normal vəziyyətə qayıtdığı yüngül hallarda dəyişiklikləri heç də hər zaman qeyd edə bilmirik.

- Mərkəzin mütəxəssisləri ilə Azərbaycanın səhiyyə sistemi arasında qarşılıqlı fəaliyyət planları nədən ibarətdir?

- BEER DAVID Mərkəzinin Azərbaycanın səhiyyə sistemi ilə inteqrasiya ilə bağlı konkret planları olmasa da, biz əməkdaşlığa və təcrübə mübadiləsinə açığıq. İsrailli pediatrlar azərbaycanlı mütəxəssislərin, xüsusən də autizm spektr pozuntusunun erkən diaqnostikası və digər əlaqəli şərtlər sahəsində bacarıqlarını artırmaq üçün maarifləndirici mühazirələr verə bilərlər.

- Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası sahəsində hansı qlobal problemləri və çağırışları qeyd edərdiniz?

- Mərkəzimiz müxtəlif ölkələrdə xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına yanaşmaların müxtəlifliyini nəzərə çatdırır və vahid qlobal həll yolunun işlənib hazırlanmasının çətinliyini qeyd edir. Bəzi regionlarda bu cür uşaqlara onların fərdi ehtiyaclarını və imkanlarını nəzərə almadan norma kimi baxılması tendensiyası xüsusi narahatlıq doğurur. Mərkəz bu məsələyə həm sosial, həm də dini aspektləri nəzərə alaraq daha diqqətli və məsuliyyətli yanaşmağa çağırır.

BEER DAVID Yəhudi Tibb Mərkəzinin əlaqə vasitələri:

Veb-sayt: www.beer-david.com

Telefon (WhatsApp): +972 58-657-300

Telefon: +994 99-859-1964

Email: [email protected]

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İraqın şimalında şəhid olan türk hərbçilərinin sayı 8-ə çatıb
09:26 07.07.2025
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb
08:59 07.07.2025
Tayvanda qasırğa baş verib
08:26 07.07.2025
MKİ-nin sabiq baş direktoru yalan ifadə verməkdə günahlandırılır
07:54 07.07.2025
Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək
07:22 07.07.2025
Keçmiş indi isə xərçəngə çarə ola bilər
06:52 07.07.2025
Yayda bunlardan uzaq durun
06:24 07.07.2025
Selfi çəkəndə nələri səhv edirik?
05:50 07.07.2025
"Qərbin qloballaşma modeli artıq keçmişdə qalıb"
05:20 07.07.2025
Gündə bir qaşıq zeytun yağı sizi xərçəngdən qoruyur
04:45 07.07.2025
"Microsoft"-un Pakistandakı ofisi bağlanır
04:15 07.07.2025
"Tramp istəsə, Xameneini də öldürərəm"
03:45 07.07.2025
İsrail "Hizbullah"a od püskürür
03:15 07.07.2025
Gürcüstan hökuməti şantaj olunur
02:46 07.07.2025
Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Hamısı