Goranboy rayonunun Qaraçinar kəndində yerləşən mağazalardan birindən oğurluq edilib.
Ednews-un məlumatına görə, naməlum şəxs və ya şəxslər tərəfindən mağazadan tütün məmulatları, kontur kartları və pul aparatı oğurlanıb.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.