Ednews xəbər verir ki,Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə Moskvada yerləşən "Crocus City Hall"da törədilən terror aktı nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.Bu haqda Rusiyanın "mash" teleqram kanalı məlumat verib.
Qeyd olunub ki, "Crocus City Hall"ın tualetlərindən birində xeyli sayda cəsəd tapılıb.
Bundan başqa, yeməkxanalarda və təmizləyici avadanlıqların saxlandığı otaqlarda da cəsədlər aşkar edilib. Onlar gizləndikləri yerdən yaxınlarına zəng vuraraq harada olduqlarını, tüstüdən boğulduqlarını deyiblər. Lakin alovun şiddətindən yanğınsöndürənlər onları vaxtında çıxara bilmədiklərinə görə tüstüdən boğulub həlak olublar.
Məlumatda qeyd olunur ki, insanlar atışmadan sonra terrorçulardan qorunmaq üçün orada gizləniblər.
Qeyd edək ki, terror aktı nəticəsində yaralananların sayı 147 nəfərdir.