"Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.
Bu barədə Ednews-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, alışmanın qarşısı dərhal alınıb. Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.