Bakıda yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbindən hərəkətin intensiv olduğu prospektdə sıxlıq yaranıb.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.