Gədəbəy Rayon İcra Hakimiyyəti məhkəməyə verilib.
Ednews pravda.az-a istinadən xəbər verir ki, vətəndaş Zülfüqar Firudin oğlu İsgəndərov icra hakimiyyəti ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət edib.
Əməkhaqqının hesablanması ilə bağlı mübahisəli olan iş hakim Gülşən Əliyevanın icraatına verilib.
Qeyd edək ki, Z.İsgəndərov icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri olub.