"2024-cü il mayın 9-da Qazaxıstanda hərbi paradın keçirilməsi büdcəyə qənaətə görə planlaşdırılmayıb".
Ednews xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Müdafiə Nazirliyi yayıb.
Mənbə yazır ki, Silahlı Qüvvələrin bölmələrinin döyüş hazırlığının və mobilliyinin lazımi səviyyədə saxlanılması prioritet hesab edilir.
Xatırladaq ki, 2021 və 2020-ci illərdə koronavirusun yayılmasına, 2022 və 2023-cü illərdə isə pula qənaətə görə bu ölkədə hərbi parad keçirilməyib.