"Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb.
Bu barədə Ednews-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki,qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib və yaranmış problem qısa müddətdə aradan qaldırılıb.