Sosial şəbəkələrdə Azərbaycan Dillər Universitetinin yataqxanasının yanması ilə bağlı məlumat yayılıb. Hadisənin universitetin Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən yataqxanasında meydana gəldiyi iddia olunur.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki. Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Cavid Zeynallı ilə əlaqə saxlayıb.
O saytımıza açıqlamasında məlumatı təkzib edib:
“Həmin yataqxana tələbələrin ixtiyarında deyil, orada məcburi köçkünlər məskunlaşıb. Yataqxana universitetin nəzarətində deyil. Hadisə orada məskunlaşan məcburi köçkünlərin ehtiyatsızlığından baş verib. Yataqxanada heç bir tələbə yaşamır. Yanğın söndürülüb”.