"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov

Cəmiyyət 16:56 24.04.2024

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC radiosuna müsahibə verib.

Ednews  xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsində ötən ilin sentyabrında Azərbaycanın Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən qanunsuz işğalına son qoyduğunu deyib. 

O bildirib ki, sülh üçün ən böyük maneə, yəni, Ermənistanın Azərbaycan ərazisində qeyri-qanuni hərbi mövcudluğu məsələsi öz həllini tapıb. E.Əmirbəyov, bununla da iki ölkə arasında sülh sazişi bağlamaq üçün real və unikal şansların olduğuna inandığını deyib. 

O, qeyd edib ki, iki ölkə heç vaxt sülhə bu qədər yaxın olmayıb.

E.Əmirbəyov Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin başlamağı haqqında da məlumat verib. Onun sözlərinə görə, bu mövzuda vacib məqamlardan biri də odur ki, bu qərar heç bir üçüncü kənar tərəfin iştirakı olmadan Ermənistan və Azərbaycanın birbaşa ikitərəfli iştirakı nəticəsində qəbul edilib.

“Ermənistan ilk dəfə olaraq torpaqlarımızın işğalına hərbi əməliyyatlar nəticəsində deyil, diplomatik yollarla son qoyub. Bu, Ermənistanın və onun Qərb havadarlarının irəli sürdüyü Azərbaycanın sülh prosesində qalan çətinlikləri güc yolu ilə həll etmək istədiyi kimi iddialarının əsassız və yalan olduğunu sübut etdi. Biz sülhün tərəfdarıyıq ”, - deyə Elçin Əmirbəyov vurğulayıb.

O, iki ölkə arasında mövcud olan bəzi məsələlərin həll edilməsinin də önəminə toxunub. Ermənistanın hazırkı milli qanunvericiliyində, o cümlədən konstitusiyasında Qarabağın Ermənistanın bir hissəsi kimi göstərildiyini, bunun da açıq şəkildə Azərbaycana qarşı ərazi iddiası olduğunu deyib: 

“Ermənistanın hazırkı milli qanunvericiliyi, o cümlədən onun konstitusiyasında Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Deməli, bu, doğrudan da, Azərbaycana qarşı ərazi iddiasıdır. İlk növbədə, hesab edirəm ki, əgər biz Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsası kimi ərazi bütövlüyünün qarşılıqlı tanınmasına ciddi yanaşırıqsa, Ermənistan bu məsələni həll etməlidir. Xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın bir çox hallarda Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını təsdiqləməsindən sonra…”.

Elçin Əmirbəyov Azərbaycanın mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə tam sadiqliyini bir daha təsdiqləyib. Azərbaycanın iki ölkə arasında danışıqların intensivləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

“Biz, həmçinin Ermənistanı əmin etmək istərdik ki, sülh sazişini təşkil edən əsas prinsiplər, yəni, bir-birinin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının tanınması həm də Azərbaycanın üzərinə götürdüyü öhdəlikdir”, - deyə E.Əmirbəyov vurğulayıb.

O, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin Ermənistan tərəfindən blokadada olduğunu qeyd edib:

“Bu onu göstərir ki, üç il yarım əvvəl Ermənistanın baş naziri N.Paşinyan ikinci Qarabağ müharibəsinin başa çatması nəticəsində Üçtərəfli Bəyannaməni imzalamaqla götürdüyü öhdəlikdən açıq şəkildə kənara çıxır”, - deyə Elçin Əmirbəyov bildirib.

O, davam edən sülh prosesini bəzi xarici dövlətlər tərəfindən potensial olaraq qeyri-sabitləşdirmək, sülh perspektivlərini riskə atmaq və Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək üçün cəhdlər olduğunu da vurğulayıb:

“Konkret olaraq, mən birtərəfli yardım və silahların çatdırılması yolu ilə Ermənistanın hərbi potensialını gücləndirmək üçün bəzi Qərb dövlətlərinin yeni təşəbbüslərini nəzərdə tuturam. Düşünürəm ki, bu qeyri-şəffaf üsuldur. Bunlar sülh perspektivləri üçün yaxşı deyil, həm də təhlükəsizlik baxımından bəzi mənfi nəticələr törədə bilər”.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Tramp ABŞ FES in rəhbərinə "axmaq" dedi
14:36 24.06.2025
Azərbaycan BMT-nin Bürosuna sədr seçildi
14:33 24.06.2025
İraqdakı hərbi bazalar PUA hücumuna məruz qalıb
13:08 24.06.2025
Prezident İlham Əliyev Mingəçevirdə səfərdədir
10:59 24.06.2025
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
08:31 24.06.2025
Filippin sahilində güclü zəlzələ baş verib
08:26 24.06.2025
Rusiya Sumı vilayətini atəşə tutub -Fotolar
08:18 24.06.2025
İsrailin Beer-Şeva şəhərinə İran raketi düşüb
08:16 24.06.2025
Dominikan sahilində güclü zəlzələ baş verib
08:14 24.06.2025
İsrail İranın daha bir nüvə alimini öldürüb
05:58 24.06.2025
Əraqçi hərbi əməliyyatların dayandırıldığına işarə edib YENİLƏNİB
05:08 24.06.2025
Ukrayna və Britaniya birgə PUA istehsal edəcəklər
04:25 24.06.2025
"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir"
04:02 24.06.2025
İran və İsrail atəşkəs imzalayacaqlar
03:58 24.06.2025
Skinuoker Rançda nələr baş verir?
03:53 24.06.2025
İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
Hamısı