Dövlət Gömrük Komitəsinin (DGK) sədrinə yeni müşavir təyin olunub.
Bu barədə Ednews-a DGK-dan məlumat verilib.
Bildirilib ki, sözügedən vəzifəyə Şamo Mürşüdov gətirilib.
Ş.Mürşüdov bu təyinata qədər Əmlak Məsələləri Dövlət Xidmətinin İnsan resursları departamentinin müdiri vəzifəsində çalışıb.
Bununla da DGK sədrinin müşavirlərinin sayı 3-ə çatıb.