"Məni professional fotoqraf edən Heydər Əliyev oldu".
Bu sözləri Ednews-TV-yə müsahibəsi zamanı mərhum Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov söyləyib.
"Buna görə mən Heydər Əliyevə minnətdaram. Çünki o, hər çəkilişdən sonra mənə qeydlərini deyirdi və mən onun bütün qeydlərini nəzərə alırdım. Bunun nəticəsidir ki, indi gördüyünüz fotoların müəllifi mən olmaqla yanaşı, Heydər Əliyevin təşəbbüsü ilə çəkilən bu şəkillərdir".
Daha ətraflı video-süjetdə:
Əkbər Novruz