Gəncədə güllələnmə hadisəsi baş verib.
Ednews “apa.az”a istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhərin çıxışında qeydə alınıb.
Hadisənin "VAZ-2106" markalı minik maşınında baş verdiyi bildirilir.
Avtomobildə olan bir nəfər sükan arxasında olan şəxsə atəş açıb, daha sonra maşın yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində Samux rayon sakini 1998-ci il təvəllüldü Mehrac Əsədovun öldüyü bildirilir.