Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirildi

Cəmiyyət 11:27 04.07.2024

Azərbaycana səfəri çərçivəsində Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabonenin başçılıq etdiyi arxeoloq və ekspertlərdən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşü olub.

Ednews  xəbər verir ki, görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib, müxtəlif səviyyələrdə reallaşan qarşılıqlı səfərlərin, o cümlədən 2002-ci ildə Papa II İohann Pavelin, 2016-cı ildə Papa Fransiskin ölkəmizə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın isə Vatikana səfərlərinin həm ikitərəfli əlaqələr, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, imzalanan sənədlərin münasibətlərimizin genişlənməsinə töhfə verdiyi qeyd edilib.

Müzakirələr zamanı Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin fəaliyyətindən, formalaşmış səmərəli əməkdaşlıqdan, birgə layihələrin icrasından məmnunluq ifadə edilib, hazırda da müştərək layihələr üzərində işlərin uğurla davam etdirildiyi bildirilib. 

Vurğulanıb ki, Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin Fond tərəfindən bərpasının həyata keçirilməsi, mədəni irsin qorunması sahəsində işlərin görülməsi ikitərəfli münasibətlərin dərinləşməsinə töhfədir.

Paskal Yakabone görülən bütün işlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Dini etiqad və vicdan azadlığının tam təmin olunduğu, çoxlu sayda dini icmanın fəaliyyət göstərdiyi, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şəraitin təmin edildiyi Azərbaycanda digər dini icmalara olduğu kimi, katolik icmaya da göstərilən diqqət, ölkəmizdə kilsə və məbədlərin, o cümlədən katolik kilsələrin bərpası istiqamətində görülən işlər yüksək dəyərləndirilib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun gələcəkdə də Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində yeni layihələrə açıq olduğunu diqqətə çatdırıb.

Görüşdə tarixi və mədəni əhəmiyyət daşıyan abidələrin bərpası istiqamətində təcrübə mübadiləsinin əhəmiyyətinə də nəzər salınıb.

Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabone hər 25 ildən bir Müqəddəs Taxt-Tacda keçirilən və növbəti mərasimin 2025-ci ilə təsadüf etdiyi Müqəddəs Yubiley İli ilə bağlı tədbirə Heydər Əliyev Fondunun da dəvətli olduğunu diqqətə çatdırıb.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı