Xəbər verdiyimiz kimi, Orxan İrşad oğlu Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifədə ötən il işdən çıxarılan Əhəd Abıyevi əvəzləyib.
Ednews xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, o, bundan əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində çalışıb.
Orxan İrşad oğlu Abbasov ABŞ-ın Qərbi Miçiqan Universitetinin məzunudur.