Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Ednews xəbər verir ki, artıq bəzi deputatların yenidən YAP-ın siyahısında yer alması ilə bağlı yerli mətbuatda informasiya yayılıb.
Əldə etdiyimiz məlumata görə, YAP 114 saylı Şəki şəhər seçki dairəsindən Milli Məclisinin VI çağırış deputatı Vüqar İsgəndərovun namizədliyini irəli sürüb.
Qeyd edək ki, Vüqar İsgəndərov 1972-ci il dekabrın 30-da Şəki şəhərində anadan olub. Gürcüstan Elmi Tədris İnstitutunun Hüquq fakültəsini və Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsini bitirib. O, 2020-ci ildə VI çağırış Milli Məclisin deputatı seçilib.