Qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsi yekunlaşıb.
Ednews xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirib.
Bu mərhələdə iştirak etmiş 55 namizəddən zərurikeçid balıtoplamış 39 nəfərinƏdliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib.
İyul ayının 29-dan etibarən başlayan icbari təlimin yekunları üzrə imtahandan uğurla keçən hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.
Namizədlərə icbari təlimlə bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlamaları bildirilir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 012-493-71-31).
Söhbət mərhələsində uğur qazanaraq icbari təlimə cəlb olunan namizədlərin siyahısı ilə https://justice.gov.az/news/3796 linkə keçid edərək tanış olmaq mümkündür.