Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.
Ednews xəbər verir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasnın bu gün keçirilən iclasında qərar verilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən məşvərətçi səs hüquqlu YAP üzvü kimi Məhərrəmov Məhəmməd təyin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.