Fuad Muradov: Erməni diasporunun üzvləri bizim tədbirləri birəbir təkrarlayırlar - MÜSAHİBƏ

Cəmiyyət 14:00 03.08.2024

Ednews xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "Report"a müsahibəsində xarici ölkələrdəki Azərbaycan evlərinin fəaliyyəti, yenilərinin açılması, erməni diasporunun fəallıq təşkil etdiyi Fransa və ABŞ kimi ölkələrdə Azərbaycan əleyhinə təbliğatlara qarşı hansı işlərin görüldüyü və rəhbərlik etdiyi qurumun fəaliyyət mexanizmi ilə bağlı sualları cavablandırıb.

- Fuad müəllim, bu gün "Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimində çıxışınızda qeyd etdiniz ki, son vaxtlar Azərbaycan əleyhinə təbliğatlar artıb və getdikcə artacaq. Bu məsələlərlə bağlı rəhbərlik etdiyiniz qurum tərəfindən hansı işlər görülür?

- 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə ölkəmizi istəməyən müəyyən siyasi qüvvələrin, ölkələrin Azərbaycan əleyhinə təbliğata başçılıq edəcəklərini gözləyirdik, belə də oldu. Biz cavab tədbirləri görərək onların qarşısını aldıq. Diasporumuz daha çox xaricdəki böyük universitetlərdə dəyirmi masalar keçirməklə peşəkar birliklərin yaranmasına diqqət ayırdı. Son illərdə idmançılarımızın beynəlxalq yarışlarda iştirakını nəzərə alaraq onlara da xüsusi dəstək kampaniyası həyata keçiririk. İstəyirik görsünlər ki, bizim həmin ölkələrdə də icmamız var və onlar fəaldırlar.

- Hazırda 15 ölkədə 29 Azərbaycan evi fəaliyyət göstərir. Bugünkü tədbirdə həm də Azərbaycan evlərinə tələbin artmasından danışdınız. Bu il neçə ölkədə Azərbaycan evinin açılması gözlənilir?

- Bəli, Azərbaycan evlərinin fəaliyyətində müəyyən dönüş yaratmaq istəyirik. Daha çox Azərbaycan evinin açılmasını planlaşdırırıq. Artıq bir neçə ölkədə bu prosesin icrasını başa çatdırmışıq. Yaxın zamanda Çexiya və İraqda Azərbaycan evi açmağı planlaşdırırıq. Bu istiqamətdə bir neçə ölkə ilə də müzakirə aparılır. Həmçinin bəzi Azərbaycan evlərini də təkmilləşdirəcəyik. Artıq üçüncü ildir ki, biz müxtəlif dillərdə işğaldan azad olunmuş ərazilərimiz haqqında kitabların çap olunmasına dəstək də veririk. Buna misal olaraq "Şuşa tarixi" kitabının alman dilində nəşrini göstərmək olar.

- Çıxışınızda onu da bildirdiniz ki, dünyada Azərbaycanın 300-dən çox diaspor təşkilatı fəaliyyət göstərir, ancaq bu o demək deyil ki, hamısının işi səmərəlidir. Xaricdəki Azərbaycan diasporunun erməni lobbisi qarşısında aktivliyini təşkil etmək üçün hansı işlər görülür?

- Diasporun özəlliyi ondan ibarətdir ki, hər ölkə üçün spesifik yanaşması olsun. Ona görə də diaspor vahid mərkəzdən yox, vahid koordinasiya sistemindən idarə olunmalıdır. Bəzi ölkələrdəki müsbət təcrübəmizi biz digər ölkələrə daşıyırıq. Məsələn, Gürcüstanda 21 kateqoriya üzrə Azərbaycan evi fəaliyyət göstərir. Bunların içərisində hüquqi yardım da var. Amma elə ölkələr var ki, orada buna ehtiyac yoxdur, ona görə tətbiq etmirik. Erməni diasporuna gəldikdə isə onların son illərdəki fəaliyyətinə baxsanız, görərsiniz ki, bizim tədbirlərimizi birəbir təkrarlayırlar. Keçən ildən bizə baxıb yay məktəbi təşkil edirlər. Düzdür, bizim kimi təşkil edə bilmirlər, amma bütün hallarda təkrar edirlər.

- Erməni diasporu Fransa və ABŞ-də xüsusilə fəaldır. Üstəlik, bu gün Fransada təkcə erməni diasporunun nümayəndələri yox, bəzi fransız siyasətçilər də Azərbaycana qarşı çıxışlar edirlər. Bu kimi halların qarşısını almaq istiqamətində hansı addımlar atılır?

- Diasporla İş üzrə Dövlət Komitəsi hansısa yeni bir təşkilatın yaranması ilə məşğul olmur. Biz təşəbbüsləri dəstəkləyirik və əgər insanlar təşkilatlanmaq istəyirlərsə, biz onlara təşkilatlandıqdan sonra dəstək göstəririk. Fransa və ABŞ-də isə vəziyyət fərqlidir. Çünki Fransada açıq şəkildə Azərbaycan əleyhinə fəaliyyət mövcuddur. Bəli, erməni diasporu ilə yanaşı, Fransa dövləti də Azərbaycana qarşıdır. ABŞ-də biz daha çox universitetlərdə işə başlamışıq. Çünki orada bütün proseslər təhsildən başlayır, ona görə də böyük universitetlərdə gənclərimiz tərəfindən Gənclər Birliyi yaradılıb. Onu da qeyd edim ki, bu ayın ortasında bizim ABŞ-yə səfərimiz var, orada Azərbaycan evi açacağıq.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İraqın şimalında şəhid olan türk hərbçilərinin sayı 8-ə çatıb
09:26 07.07.2025
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb
08:59 07.07.2025
Tayvanda qasırğa baş verib
08:26 07.07.2025
MKİ-nin sabiq baş direktoru yalan ifadə verməkdə günahlandırılır
07:54 07.07.2025
Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək
07:22 07.07.2025
Keçmiş indi isə xərçəngə çarə ola bilər
06:52 07.07.2025
Yayda bunlardan uzaq durun
06:24 07.07.2025
Selfi çəkəndə nələri səhv edirik?
05:50 07.07.2025
"Qərbin qloballaşma modeli artıq keçmişdə qalıb"
05:20 07.07.2025
Gündə bir qaşıq zeytun yağı sizi xərçəngdən qoruyur
04:45 07.07.2025
"Microsoft"-un Pakistandakı ofisi bağlanır
04:15 07.07.2025
"Tramp istəsə, Xameneini də öldürərəm"
03:45 07.07.2025
İsrail "Hizbullah"a od püskürür
03:15 07.07.2025
Gürcüstan hökuməti şantaj olunur
02:46 07.07.2025
Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Hamısı