3 dekabr Beynəlxalq Əlillər günüdür – Azərbaycanda əlillərin sayı...

Cəmiyyət 10:31 03.12.2024

Bütün dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü qeyd olunur. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Bu günün məqsədi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

EDnews xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bildirib ki, Azərbaycanda aparılan sosial islahatların tərkib hissəsi kimi, əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin davamlı artımı da təmin olunur.

Əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə pensiya və ya aylıq sosial müavinət, eləcə də əlilliyi olan uşaqlar aylıq müavinətlə təmin olunur. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan  şəxslərə pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü də ödənilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş  şəxslərə qulluq edənlər  də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər.

Aparılan sosial islahatların tərkib hissəsi kimi, həmin sosial ödənişlər də artmaqda davam edir. 2018-2024-cü illərdə ölkəmizdə minimum pensiyada 2,5 dəfə,  orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı həyata keçirilir. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişlənib. Onlara postmüharibə dövründə 6,3 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 7770 avtomobil təqdim edilib.

Əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi daim diqqətdə saxlanır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olmaqla, bu sahədə mühüm rola malikdir. Mərkəzdə ötən dövrdə 600-ə yaxın şəxsə xidmət göstərilib. Bu vaxtadək Mərkəzdə həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün 100-dən çox tədbir təşkil olunub. Burada mühüm bir hissəsi əlilliyi olan şəxslərdən ibarət olan benefisiarlar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərə cəlb edilməklə, onlara sosial pedaqoji və psixoloji xidmətlər də göstərilir. Ötən ilin noyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllıda “DOST EVİ” filialının da açılışı olub.

Eyni zamanda, Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə ölkəmizin 3 bölgəsində əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq üçün Regional İnformasiya Mərkəzləri də yaradılıb.

Son illər ölkəmizdə reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub və şəbəkəsi genişləndirilib, reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 7 dəfə artıb. Nazirliyin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində, əlilliyi olan şəxslərin rəy və təklifləri də öyrənilməklə 2020-ci ildə və cari ildə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Beləliklə, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb.

Ölkəmizdə son illərdə yüksək texnologiyalı son nəsil protezlərlə təminat da həyata keçirilir və 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 490 şəxs  600 ədəd son nəsil müasir protezlə təmin olunub. Həmçinin əlilliyi olan şəxslərin məşğulluq və özünüməşğulluq imkanlarının artırılması daim diqqətdə saxlanılır, paralimpiya hərəkatı ildən-ilə daha da geniş vüsət alır.

Hazırda Azərbaycanda 600 mindən çox əlilliyi olan şəxs var.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ötən həftə 2 min hektardan çox ərazi minalardan təmizlənib
11:03 07.07.2025
"Qarabağ" yoldaşlıq görüşündə "Metallist"lə üz-üzə gələcək
10:51 07.07.2025
Moskva istiqamətində Ukraynanın 8 PUA-sı zərərsizləşdirildi
10:13 07.07.2025
Bakı Beynəlxalq Dəniz Limanına yeni baş direktor təyin olundu
09:58 07.07.2025
Netanyahu ABŞ-nin hərbi bazasına gedib
09:43 07.07.2025
İraqın şimalında şəhid olan türk hərbçilərinin sayı 8-ə çatıb
09:26 07.07.2025
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb
08:59 07.07.2025
Tayvanda qasırğa baş verib
08:26 07.07.2025
MKİ-nin sabiq baş direktoru yalan ifadə verməkdə günahlandırılır
07:54 07.07.2025
Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək
07:22 07.07.2025
Keçmiş indi isə xərçəngə çarə ola bilər
06:52 07.07.2025
Yayda bunlardan uzaq durun
06:24 07.07.2025
Selfi çəkəndə nələri səhv edirik?
05:50 07.07.2025
"Qərbin qloballaşma modeli artıq keçmişdə qalıb"
05:20 07.07.2025
Gündə bir qaşıq zeytun yağı sizi xərçəngdən qoruyur
04:45 07.07.2025
"Microsoft"-un Pakistandakı ofisi bağlanır
04:15 07.07.2025
"Tramp istəsə, Xameneini də öldürərəm"
03:45 07.07.2025
İsrail "Hizbullah"a od püskürür
03:15 07.07.2025
Gürcüstan hökuməti şantaj olunur
02:46 07.07.2025
Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Hamısı